
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Ramazan ayında oruc tutmaq həm bədən, həm də ruh sağlamlığına fayda verir. Lakin uzun müddət ac qalmaq bədənin balansını poza bilər, buna görə də düzgün qidalanma çox vacibdir. Gün boyu orqanizmimizin enerji ehtiyaclarını qarşılayacaq qidalar seçmək oruc tutmağı daha rahat və sağlam etmək üçün ən mühüm addımlardandır.
İftarda və imsakta düzgün seçimlər edərək həm tox qalmaq, həm də su balansınızı qorumaq mümkündür.
Bu karuseldə sizə Ramazan ayında necə sağlam qidalanmaq, hansı qidaları seçməli və hansılardan uzaq durmalı olduğunuz barədə faydalı məsləhətlər təqdim edirik.
Ramazan ayında sağlam qidalanma ilə həm bədəninizin balansını qoruya, həm də oruc müddətini rahat keçirə bilərsiniz!