“Vahid Sağlamlıq” mentorluq proqramı insan, heyvan, bitki sağlamlığı, eyni zamanda ətraf mühit arasında mövcud olan qarşılıqlı əlaqələri vahid yanaşma çərçivəsində dərk edən gələcək mütəxəssislərin hazırlanmasına yönəlmiş strateji inkişaf proqramıdır. Proqram müvafiq sahələrdə təhsil alan seçilmiş tələbələri bir platformada birləşdirərək, onları kompleks düşünmə bacarığına malik, sistem qavrayışı güclü və qərarvermə proseslərinə hazırlıqlı kadrlar kimi formalaşdırmağı hədəfləyir. Bu proqram klassik təcrübə və ya təlim formatından kənara çıxaraq idarəçilik, elmi yanaşma və qlobal çağırışlar üzrə strukturlaşdırılmış mentorluq modelidir.
“Vahid Sağlamlıq” mentorluq proqramının missiyası qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, ictimai sağlamlıq sahələrində gələcək çağırışlara cavab verə bilən, sektoral deyil, sistem yanaşması ilə düşünən gənc mütəxəssislər formalaşdırmaqdır. Proqram insan, heyvan, bitki sağlamlığı və ətraf mühit arasında mövcud olan əlaqələrin düzgün dərk edilməsini təmin edərək, bu sahələrdə çalışacaq kadrların yalnız texniki biliklərlə deyil, həm də strateji baxış, analitik düşüncə və qərarvermə bacarıqları ilə inkişafını hədəfləyir.
Ölkənin mövcud institusional təcrübəsinə əsaslanan bu proqram tələbələrin beynəlxalq “Vahid Sağlamlıq” (One Health) yanaşmasına uyğun şəkildə hazırlanmasını və gələcəkdə ölkənin müvafiq sahələrində aparıcı rol oynaya biləcək insan kapitalı potensialının formalaşdırılmasını təmin edir.
“Vahid Sağlamlıq” mentorluq proqramı iştirakçılara biliklərlə yanaşı, peşəkar ekosistemə inteqrasiya imkanı da qazandırır:
- Qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığı və ictimai sağlamlıq sahələrinin qarşılıqlı əlaqələrinin öyrənilməsi imkanı;
- FAO, WHO, WOAH, EPPO və Codex Alimentarius kimi beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin öyrənilməsi imkanı;
- Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəhbər vəzifəli şəxsləri ilə stukturlaşdırılmış mentorluq;
- Müvafiq sahələrin inkişafı üzrə strateji təhlil və planlaşdırma mexanizmlərinin öyrənilməsi imkanı;
- Müvafiq sahələr üzrə spesifik nəzəri və texniki biliklərin təkmilləşdirilməsi imkanı;
- Proqramın əhatə dairəsi üzrə beynəlxalq və yerli ekspertlərin apardığı master-klasslar və peşəkar inkişaf sessiyalarında iştirak etmə imkanı ;
- Müvafiq sahələr üzrə ölkənin aparıcı ekspertləri ilə davamlı peşəkar əlaqələr (networking);
- Qərarvermə mexanizmlərinin öyrənilməsi imkanı;
- Gələcək karyera istiqamətinin erkən mərhələdə aydınlaşdırılması.
“Vahid Sağlamlıq” mentorluq proqramı 12 həftəlik ardıcıl və standartlaşdırılmış inkişaf modeli əsasında həyata keçirilir. Proqram mentorluq, texniki biliklərin təkmilləşdirilməsi-tətbiqi və tematik master-klass və sessiyalar mərhələlərindən ibarətdir və hər bir iştirakçının ixtisas istiqamətinə, ehtiyaclarına və gələcək motivasiyasına uyğun olaraq fərdi inkişaf xətti üzrə həyata keçirilir.
Proqram iştirakçının profilinə uyğun olaraq müəyyənləşdirilmiş mentorla görüşlərdən (12 saat), texniki biliklərin dərinləşdirilməsi məqsədilə müvafiq ekspertlə müzakirələrdən (12 saat) və mövcud konsepsiyanı əhatə edən mövzular üzrə sessiyalardan (6 saat) ibarətdir.
Müraciət, qiymətləndirmə və seçim prosesi şəffaf və obyektiv meyarlar əsasında təşkil olunaraq, müraciətçilər tələblərə uyğunluqları, motivasiyaları və rəqabətlilik prinsipi üzrə proqrama qəbul edilirlər.
Proqramın sonunda bütün iştirakçıların vahid keyfiyyət standartlarına uyğun peşəkar hazırlıq səviyyəsinə çatması əsas prinsip kimi qəbul edilir.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyəti sədrinin müavini
Profili:
-Qida təhlükəsizliyi sahəsində laborator nəzarətin təşkili və koordinasiyası;
-Qida məhsullarının laborator sınaqları üzrə metodların seçilməsi, tətbiqi və təkmilləşdirilməsi;
-Analitik və mikrobioloji sınaqların keyfiyyət təminatı, nəticələrin etibarlılığının idarə olunması;
-Beynəlxalq standartlar üzrə laboratoriya idarəetmə sisteminin tətbiqi və akkreditasiya proseslərinin təşkili;
-Qida təhlükəsizliyi üzrə risk əsaslı yanaşmaların laborator məlumatlarla dəstəklənməsi;
-Beynəlxalq standartlar və tələblər əsasında laboratoriya infrastrukturunun inkişafı və modernləşdirilməsi.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyəti sədrinin müavini
Profili:
-Qida təhlükəsizliyi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq;
-Qida təhlükəsizliyinin tənzimlənməsi, normativ hüquqi aktların hazırlanması;
-Qida təhlükəsizliyinə dövlət nəzarətinin təşkili;
-Qida təhlükəsizliyi sahəsində risklərin qiymətləndirilməsi;
-Qida mühəndisliyi, istehsal və emal proseslərinin idarə olunması.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyəti sədrinin müavini
Profili:
-Qida təhlükəsizliyi sahəsində qida subyektlərinin və obyektlərinin qeydiyyatı və təsdiqi proseslərinin idarə olunması;
-Sahibkarlarla institusional əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və biznes yönümlü xidmət modelinin inkişafı;
-Sahibkarlıq subyektləri üçün xidmətlərin təşkili və optimallaşdırılması, xidmət keyfiyyətinin və əlçatanlığının artırılması;
-Qida təhlükəsizliyi sahəsində konsaltinq xidmətlərinin konseptual çərçivəsinin müəyyənləşdirilməsi və icrasına nəzarət;
-Tərəfdaş qurumlarla yüksək səviyyəli institusional əlaqələrin təmin edilməsi.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyəti sədrinin müavini
Profili:
-Qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı istiqamətində laboratoriya potensialının gücləndirilməsi;
-Qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin təyini üzrə müasir analitik metodların tətbiqi və inkişafı;
-Laborator sınaqların keyfiyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, metodların validasiya və verifikasiyası;
-ISO/IEC 17025 standartının tələblərinə uyğun laboratoriya keyfiyyət sistemlərinin qurulması və akkreditasiya proseslərinin təşkili;
-Laboratoriya sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi;
-Qida təhlükəsizliyi sahəsində risklərin elmi əsaslarla qiymətləndirilməsi.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyəti sədrinin müşaviri
Profili:
-Qida təhlükəsizliyi sahəsində strateji prioritetlərin müəyyənləşdirilməsi və uzunmüddətli inkişaf çərçivələrinin formalaşdırılması;
-Dövlət strategiyaları və proqramları üzrə tədbirlər planlarının hazırlanması, performans indikatorlarının müəyyən edilməsi və icranın koordinasiyası;
-Strateji məqsədlər üzrə fəaliyyətlərin monitorinqi, nəticəyönümlü qiymətləndirmə və hesabatlılığın təmin edilməsi;
-İctimai məlumatlandırma strategiyalarının idarə edilməsi;
-Qida təhlükəsizliyi sahəsində institusional potensialın gücləndirilməsi və təlim fəaliyyətlərinin idarə olunması.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri
Profili:
-İnsanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkili;
-Qida təhlükəsizliyi, bitki sağlamlığı və heyvan sağlamlığı sahələrində strategiyaların və proqram sənədlərinin formalaşdırılması;
-İdarəetmədə performans indikatorlarının tətbiqi və institusional effektivliyin qiymətləndirilməsi;
-Qida təhlükəsizliyi, bitki sağlamlığı və heyvan sağlamlığı sahələri üzrə qanun layihələrinin, qaydaların və digər normativ-hüquqi aktların hazırlanmasının təşkili və hüquqi ekspertizası;
-Normativ-hüquqi sənədlərin milli qanunvericilik sistemi və beynəlxalq tələblərlə uyğunluğunun təmin olunması.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri
Profili:
-İlkin istehsalçıların qida təhlükəsizliyi üzrə fəaliyyətinin qanunvericilik istiqamətində tənzimlənməsi;
-Xəstəliklərdən azad zonaların və xəstəliklərdən azad müəssisələrin təşkili;
-Qida təhlükəsizliyi sahəsində innovativ həllərin təşkili və tətbiqi;
-Qida təhlükəsizliyinin tənzimlənməsi üzrə normativ hüquqi aktların hazırlanması və təkmilləşdirilməsi.
Vəzifəsi: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri
Profili:
-Qida və yem məhsullarının təhlükəsizliyinə dair tənzimlənmənin həyata keçirilməsində iştirak;
-Qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların hazırlanması və təkmilləşdirilməsi;
-Qida təhlükəsizliyi sahəsində risklərin idarə edilməsi və kommunikasiyası;
-Mikrobiologiya sahəsi üzrə araşdırmaların və təhlillərin aparılması.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının vitse-prezidenti
Profili:
-Heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq;
-“İnsan-heyvan-ətraf mühit” kontekstində “Vahid Sağlamlıq” konsepsiyalarının formalaşdırılması;
-Heyvan sağlamlığı sisteminin tənzimlənməsi, normativ hüquqi aktların hazırlanması;
-Heyvan sağlamlığı üzrə dövlət nəzarətinin təşkili;
-Zoonoz xəstəliklərin araşdırılması və preventiv tədbirlərin təşkili;
-Heyvan mənşəli məhsulların istehsalına və təhlükəsizliyinə nəzarətin təşkili.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət fitosanitar müfəttişi
Profili:
-Bitki sağlamlığı və bioloji təhlükəsizliyin tənzimlənməsi;
-Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi;
-Bitki sağlamlığı və bioloji təhlükəsizlik üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi;
-Bitki sağlamlığı və bioloji təhlükəsizliyə dövlət nəzarətinin təşkili;
-Bitki sağlamlığı və bioloji təhlükəsizlik üzrə normativ hüquqi aktların hazırlanması;
-Bitki sağlamlığı və bioloji təhlükəsizlik üzrə yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq;
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin müdiri
Profili:
-Qida təhlükəsizliyi sahəsində idxal-ixrac üzrə dövlət nəzarətinin təşkili;
-İdxal-ixrac nəzarətinə dair mexanizmlər üzrə strategiyaların hazırlanması;
-Qida təhlükəsizliyi sahəsində idxal və ixrac tələblərinin öyrənilməsi və tətbiqi;
-İdxal və ixrac prosesləri zamanı risklərin idarə edilməsi proseslərinin təkmilləşdirilməsi;
-Qida zəncirində dövlət nəzarətinin təşkili.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Profili:
-Qida təhlükəsizliyi sahəsində nüfuzlu beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla strateji tərəfdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
-Qida təhlükəsizliyinə dövlət nəzarətinin təşkilində beynəlxalq təcrübənin tətbiqi;
-Beynəlxalq standartların milli qanunvericiliyə inteqrasiyası və normativ hüquqi aktların hazırlanması prosesinin idarə edilməsi.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyəti sədrinin müşaviri
Profili:
-Qidalanma və qida təhlükəsizliyi sahəsində strategiyaların hazırlanması;
-Epidemioloji təhlillər əsasında qərarvermə mexanizmlərinin formalaşdırılması;
-Qida təhlükəsizliyi proqramlarının planlaşdırılması və qiymətləndirilməsi;
-Qida təhlükəsizliyi və qida mənşəli xəstəliklərin monitorinqi;
-Tədqiqatların metodologiyası, planlaşdırılması və həyata keçirilməsi, o cümlədən bioetika çərçivəsi;
-Böhran vəziyyətləri zamanı qidalanma və qida təhlükəsizliyinin idarəedilməsi;
-Körpə və erkən yaşlı uşaqların qidalanmasının təşkili.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin müdir müavini
Vəzifə: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin eksperti
Vəzifəsi: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini
Profili:
-Bitki sağlamlığı sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiyanın həyata keçirilməsi;
-Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr sahəsində dövlət nəzarətinin təşkili;
-Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr üzrə risklərin idarə edilməsi, risk əsaslı nəzarət yanaşmalarının tətbiqi;
-Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı və dövriyyəsi zəncirində idarəetmə, uyğunluğun təmin edilməsi və nəzarət proseslərinin təkmilləşdirilməsi.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin müdir müavini
Profili:
-Qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı istiqamətində fəaliyyət göstərən laboratoriyaların vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin planlaşdırılması və təkmilləşdirilməsi;
-Laboratoriyaların fəaliyyəti üzrə beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə əməkdaşlıqların qurulması;
-Mikrobioloji laboratoriyaların planlaşdırılması, zonalaşdırılması və texniki infrastrukturunun formalaşdırılması;
-Mikrobioloji müayinələrin tətbiqi, verifikasiyası və nəticələrin qiymətləndirilməsi.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə nəzarət departamentinin müdiri
Profili:
-Keyfiyyət idarəetmə sistemlərinin qurulması, tətbiqi, davamlı inkişafı və monitorinqinin təşkili;
-Sınaq laboratoriyalarının milli və beynəlxalq akkreditasiyaya hazırlanması, akkreditasiya prosesinin koordinasiyası və uyğunluğun davamlı təmin edilməsi;
-Daxili auditlər, risk qiymətləndirmələri və performans göstəriciləri əsasında keyfiyyət idarəetmə sistemlərinin və xidmət keyfiyyətinin təkmilləşdirilməsi üzrə fəaliyyətlərin təşkili.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İnformasiya texnologiyaları və innovativ həllər departamentinin müdiri
Profili:
-Biznes proseslərinin analizi, rəqəmsallaşdırılması və optimallaşdırılması;
-Qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələri üzrə innovativ rəqəmsal həllərin formalaşdırılması və tətbiqi;
-Texnoloji transformasiyanın qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrinə potensial təsirinin təhlili;
-Qida məhsullarının izlənilməsi üzrə rəqəmsal həllərin tətbiqi;
-Sistemlərin inteqrasiyası və rəqəmsal transformasiya.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Normativ-texniki sənədlərin ekspertizası şöbəsinin sektor müdiri
Profili:
-Pestisidlər və aqrokimyəvi preparatlara dair normativ-texniki sənədlərin ekspertizası və normativ tələblərə uyğunluğunun qiymətləndirilməsi;
-Təsiredici maddələrin tərkibi, istifadəyə dair təlimatlar və təhlükəsizlik göstəricilərinin normativ tələblərə uyğunluğunun yoxlanılması;
-Milli və beynəlxalq (FAO, WHO, Codex, EFSA və s.) normativ sənədlərin tətbiqi və uyğunlaşdırılması;
-Gübrələrin bitki, torpaq, insan və ətraf mühitə təsiri baxımından təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi;
-Preparatların təhlükəsiz istifadəsinə dair nəzarət mexanizmlərinin gücləndirilməsi.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Nümunələrlə iş şöbəsinin müdiri
Profili:
-Nümunələrin götürülməsinin, qəbulunun və çatdırılmasının vahid prinsiplər əsasında təşkili;
-Beynəlxalq nümunə götürmə qaydalarının və təlimatlarının tətbiqi;
-Nümunə götürmə qaydalarının hazırlanması.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin Qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri
Profili:
-Qida təhlükəsizliyi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq;
-Qida təhlükəsizliyi sahəsində risklərin qiymətləndirilməsi;
-Qida təhlükəsizliyinin elmi sübutlara əsaslanan yanaşmalar əsasında tənzimlənməsi;
-Qida təhlükəsizliyi ilə bağlı tənzimləmələrin ictimai sağlamlıq prizmasından təhlili;
-Səhiyyənin təşkili sahəsində texniki dəstəyin təmini;
-İctimai sağlamlıq sahəsində epidemioloji və statistik təhlillərin aparılması.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin mütəxəssisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent
Profili:
-Bitki sağlamlığı və bioloji təhlükəsizlik sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq;
-Bitki sağlamlığının tənzimlənməsi, normativ hüquqi aktların hazırlanması;
-Fitosanitar nəzarəti sahəsində dövlət nəzarətinin təşkili;
-Bitki sağlamlığı və bioloji təhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Mərkəzi Baytarlıq Laboratoriyasının müdiri, dissertant
Profili:
-Heyvan sağlamlığı və laborator diaqnostika sahəsində planlaşdırma, fəaliyyətlərin koordinasiyası;
-Baytarlıq laboratoriyalarında keyfiyyət idarəetmə sistemlərinin qurulması, tətbiqi və davamlı təkmilləşdirilməsi, beynəlxalq uyğunluğun təmin edilməsi;
-Laborator diaqnostik proseslərin (seroloji, bakterioloji, parazitoloji və sair) təşkili, metodların validasiyası;
-Biotəhlükəsizlik mexanizmlərinin tətbiqi;
-Xüsusi təhlükəli xəstəliklər və epizootoloji vəziyyət üzrə təhlillər;
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Mərkəzi Fitosanitar Laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru
Profili:
-Bitki sağlamlığı və fitosanitar diaqnostika sahəsində strateji təhlil və qiymətləndirmə;
-Fitosanitar laboratoriyalarda keyfiyyət idarəetmə sistemlərinin tətbiqi və beynəlxalq standartlara uyğunlaşdırılması (ISO/IEC 17025 prinsipləri);
-Həşərat və gənələrin identifikasiyası və kolleksiya materiallarının idarə olunması;
-Karantin tətbiq edilən zərərli orqanizmlərin laborator müayinə nəticələrinin təhlili;
-Səriştəlilik və laboratoriyalararası qarşılaşdırma sınaqlarının analitik təhlili;
-Elmi-metodiki sənədlərin, prosedur və təlimatların hazırlanması və tətbiqi;
-“Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində zərərli orqanizmlər, laboratoriya nəticələri və invaziv növlərin analitik təhlili.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin müdir müavini
Profili:
-Qida məhsullarında pestisid qalıqları, ağır metallar, mikotoksinlər, baytarlıq preparatlarının qalıqları kimi kimyəvi risk faktorlarının laborator üsullarla qiymətləndirilməsi;
-Laboratoriyada beynəlxalq standartlara, xüsusilə ISO/IEC 17025 prinsiplərinə uyğun keyfiyyət idarəetmə sistemlərinin qurulması, tətbiqi və davamlı təkmilləşdirilməsi;
-Müasir instrumental analiz metodlarının (xromatoqrafiya, spektrometriya və s.) validasiyası və verifikasiyası, ölçmələrin izlənəbilənliyinin təmin olunması;
-Səriştəlilik və laboratoriyalararası proqramlarda iştirakın koordinasiyası, nəticələrin statistik qiymətləndirilməsi, uyğunsuzluqların kök səbəb analizinin aparılması;
-Milli və beynəlxalq tələblərə uyğun prosedur, təlimat və metodik sənədlərin hazırlanması və tətbiqi.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin Heyvan sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru
Profili:
-Epidemioloji araşdırmaların planlaşdırılması və idarə edilməsi;
-Antimikrob rezistenlik və zoonoz xəstəliklərə nəzarət strategiyaları;
-Dayanıqlı balıqçılıq və quşçuluq təsərrüfatlarının fəaliyyəti üzrə tədbirlərin həyata keçirilməsi;
-Heyvan sağlamlığı sahəsində normativ hüquqi aktların hazırlanması;
-Heyvan sağlamlığı sahəsində risklərin qiymətləndirilməsi;
- Vahid Sağlamlıq konsepsiyası çərçivəsində ətraf mühit faktorlarının heyvan sağlamlığına təsirinin təhlili.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Bakı Regional Sınaq Laboratoriyasının müdiri
Profili:
-Laboratoriyada mikrobioloji, molekulyar-bioloji və fiziki-kimyəvi müayinələr üzrə işlərin təşkil olunması;
-Laboratoriyalarda keyfiyyət idarəetmə sistemlərinin tətbiqi və beynəlxalq standartlara uyğunlaşdırılması;
-Uyğunsuzluq aşkar olunan laborator müayinə nəticələrinin təhlili;
-Səriştəlilik və laboratoriyalararası qarşılaşdırma sınaqlarının analitik təhlili;
-Elmi-metodiki sənədlərin, prosedur və təlimatların hazırlanması və tətbiqi.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Kompleks Tədqiqatlar Laboratoriyasının müdiri
Profili:
-Laboratoriyada mikrobioloji, molekulyar-bioloji və fiziki-kimyəvi müayinələr üzrə işlərin təşkil olunması;
-Laboratoriyalarda keyfiyyət idarəetmə sistemlərinin tətbiqi və beynəlxalq standartlara uyğunlaşdırılması;
-Uyğunsuzluq aşkar olunan laborator müayinə nəticələrinin təhlili;
-Səriştəlilik və laboratoriyalararası qarşılaşdırma sınaqlarının analitik təhlili;
-Elmi-metodiki sənədlərin, prosedur və təlimatların hazırlanması və tətbiqi.
Vəzifəsi: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin mütəxəssisi
Profili:
-Kodeks Alimentarius Komissiyası və onun Komitələri ilə qarşılıqlı əlaqələr;
-Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi;
-Molekulyar bioloji və mikrobioloji müayinələrin aparılması və təhlili;
-Antimikrob rezistentliyi sahəsində elmi fəaliyyət.
Vətəndaşlıq: Azərbaycan Respublikası vətəndaşı
Yaş: 16-29 yaş arası
Təhsil: Ali təhsilin bakalavriat səviyyəsi (hazırlıq ili və 1-ci kurs tələbələri istisna olmaqla)
Təhsil profilləri:
- Qida mühəndisliyi/Qida təhlükəsizliyi/Qida texnologiyaları/Qida elmləri
- Baytarlıq/Heyvandarlıq/Heyvan sağlamlığı
- Bitki mühafizəsi/Aqronomiya/Aqrokimya
- İctimai səhiyyə/Qidalanma/Dietologiya
Orta akademik göstərici:
- 4 ballıq sistemdə ən az 2.5
- 100 ballıq sistemdə ən az 80
Dil biliyi: İngilis dili
- Ən az IELTS 6.5 akademik və ya ekvivalent səviyyədə ingilis dili biliyi və təsdiqedici sənəd