arrow

Bitki sağlamlığı

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 17 laboratoriya fəaliyyət göstərir.

Bitki sağlamlığı
Bitki sağlamlığı
Bitki sağlamlığı
Bitki sağlamlığı
Bitki sağlamlığı
Şamaxı Regional Sınaq Laboratoriyası
Şamaxı Regional Sınaq Laboratoriyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Şamaxı Regional Sınaq Laboratoriyasının əsas fəaliyyət istiqaməti torpaq, su, bitki qulluq və mühafizə vasitələrində (pestisidlər və gübrələr) mikrobioloji müayinələrin həyata keçirilməsidir. Bölmədə sınaqlar xaricdə və ölkəmizə dəvət olunmuş xarici mütəxəssislərin təlim keçdiyi personallar tərəfindən milli və beynəlxalq standartların tələbinə uyğun olaraq aparılır. Həyata keçirilən sınaqların keyfiyyətinə nəzarəti təmin etmək məqsədilə analitik standartlardan, standart referans materiallardan, sertifikatlı referans materiallardan istifadə olunaraq bölmə daxilindəki bütün cihaz və avadanlıqların performans, kalibrləmə yoxlamaları aparılır.

Ətraflı
Tovuz Regional Sınaq Laboratoriyası
Tovuz Regional Sınaq Laboratoriyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Tovuz Regional Sınaq Laboratoriyası ölkəyə idxal olunan və Azərbaycandan ixrac edilən məhsullarda heyvan və bitki sağlamlığı üzrə fəaliyyət göstərir. Tovuz Regional Sınaq Laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzinin akkreditasiya attestatına əsasən, AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub. Həmçinin laboratoriya attestata əlavə edilən akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət göstərmək hüququna malikdir.

Ətraflı
Lənkəran Regional Sınaq Laboratoriyası
Lənkəran Regional Sınaq Laboratoriyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Lənkəran Regional Sınaq Laboratoriyası (LRSL) üç istiqamətdə fəaliyyət göstərir. Bu laboratoriyada qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanması, molekulyar bioloji və virusoloji müayinələrin aparılması, eyni zamanda  heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikası həyata keçirilir.

Ətraflı
Mərkəzi Fitosanitar Laboratoriyası
Mərkəzi Fitosanitar Laboratoriyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyanın əsas fəaliyyət istiqaməti bitki, bitkiçilik məhsulları və karantin nəzarətində olan materiallarda zərərli orqanizmlərin aşkarlanması və diaqnostikasından ibarətdir. Laboratoriya bitki və bitkiçilik məhsullarının beynəlxalq bazarlara çıxışına dəstək verilməsində və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Ətraflı
Mərkəzi Fitosanitar Laboratoriyasının Meyvəli-karantin ekspertiza bölməsi
Mərkəzi Fitosanitar Laboratoriyasının Meyvəli-karantin ekspertiza bölməsi

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyanın Meyvəli-karantin ekspertiza bölməsində idxal, ixrac, daxili daşınma və monitorinq təyinatlı bitki və bitkiçilik məhsullarında fitosanitar müayinələr həyata keçirilir. Belə ki, bölməyə daxil olan nümunələrdə beynəlxalq standartlara uyğun sınaq metodları ilə entomoloji, herboloji, fitohelmintoloji istiqamətli sınaqlar aparılır. Sınaqlar çərçivəsində bitki və bitkiçilik məhsullarında karantin tətbiq edilən və edilməyən, eləcə də fitosanitar risk daşıyan zərərvericilərin, alaq otları və toxumlarının, fitopatogen nematodların aşkarlanması və morfoloji əlamətlərinə əsasən növ təyini həyata keçirilir. Meyvəli-karantin ekspertiza bölməsi AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartı üzrə akkreditasiyadan keçib.

Ətraflı
Xaçmaz Regional Sınaq Laboratoriyası
Xaçmaz Regional Sınaq Laboratoriyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Xaçmaz Regional Sınaq Laboratoriyasında bitki və bitkiçilik məhsullarında EPPO (Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatı) beynəlxalq sınaq metodikasına uyğun olaraq entomoloji, mikoloji, herboloji, fitohelmintoloji sınaqlar aparılır.

Ətraflı