
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 17 laboratoriya fəaliyyət göstərir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Tovuz Regional Sınaq Laboratoriyası ölkəyə idxal olunan və Azərbaycandan ixrac edilən məhsullarda heyvan və bitki sağlamlığı üzrə fəaliyyət göstərir. Tovuz Regional Sınaq Laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzinin akkreditasiya attestatına əsasən, AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub. Həmçinin laboratoriya attestata əlavə edilən akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət göstərmək hüququna malikdir.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Lənkəran Regional Sınaq Laboratoriyası (LRSL) üç istiqamətdə fəaliyyət göstərir. Bu laboratoriyada qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanması, molekulyar bioloji və virusoloji müayinələrin aparılması, eyni zamanda heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikası həyata keçirilir.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzi Departamentinin Göygöl Regional Sınaq Laboratoriyasının əsas fəaliyyət istiqaməti heyvan xəstəliklərinin diaqnostikasıdır.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratroiyası müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriyada patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının Quba Regional bölməsi ikinci biotəhlükəsizlik səviyyəsinə uyğun olan və müasir tələblərə cavab verən maddi-texniki baza ilə təchiz edilib.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının Sabirabad Regional bölməsi ikinci biotəhlükəsizlik səviyyəsinə uyğun olan və müasir tələblərə cavab verən maddi-texniki baza ilə təchiz edilib.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının Qax Regional bölməsi ikinci biotəhlükəsizlik səviyyəsinə uyğun olan və müasir tələblərə cavab verən maddi-texniki baza ilə təchiz edilib
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının Bərdə Regional bölməsi ikinci biotəhlükəsizlik səviyyəsinə uyğun olan və müasir tələblərə cavab verən maddi-texniki baza ilə təchiz edilib.
Ətraflı