
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 17 laboratoriya fəaliyyət göstərir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vasitəsilə kənd təsərrüfatı yarmarkalarında və dövlət tədbirlərində istifadə olunan su və qida məhsullarının keyfiyyət və təhlükəsizlik müayinələrinin aparılması mümkündür. Səyyar Qida Laboratoriyası beynəlxalq standartlara uyğun bir çox fiziki-kimyəvi, mikrobioloji və PZR sınaqların aparılması üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub. Səyyar laboratoriyalarda fiziki-kimyəvi analizlərdən suda ümumi codluğun, maqnezium, flüor, kalsium, xlor, alüminium, silisium, ammonium, sianid ionunun, sərbəst xlorun, ianid turşusu və formaldehidin təyini, eləcə də sulfat, sulfit, nitrat, nitritlərin, mis, xrom, kadmium, qurğuşun, dəmir, manqan, sink və arsenin aşkarlanması sınaqlarını aparmaq olar. Həmçinin laboratoriyalarda suda və qidada pH-ın təyini, eləcə də balda diastaza ədədi, meyvə-tərəvəzlərdə nitratların və ətin təzəliyinin təyini sınaqlarını həyata keçirmək mümkündür.
Ətraflıİnsan və heyvan sağlamlığı üçün ciddi fəsadlar yarada bilən xüsusi təhlükəli xəstəliklərin müayinəsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 2+ səviyyəli biotəhlükəsizlik laboratoriyalarında həyata keçirilir. Bu laboratoriya Cənubi Qafqazda ilk dəfə ölkəmizdə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında olub. Laboratoriya ərazidə operativ şəkildə nümunələr götürələrək qısa müddətdə heyvan və quş xəstəliklərinin aşkarlanmasına imkan verir. 20-30 dəqiqə ərzində qurula bilən laboratoriyanın içərisi təmiz və çirkli zona olmaqla, iki hissədən ibarətdir. Laboratoriya hermetikdir və patogenlərin ətraf mühitə yayılmasının qarşısının alınmasını təmin edir. Laboratoriyanın xaricində təhlükəsizlik duş kabini yerləşdirilib. Müayinəni həyata keçirən personal təhlükəsizlik kabininə daxil olaraq üstündəki fərdi mühafizə vasitəsi ilə birlikdə xüsusi dezinfeksiyaedici məhllularla dezinfeksiya edilir. Bu proses yüksək patogenliyə malik orqanizmlərin ətraf mühitə yayılma riskini minimuma endirir.
ƏtraflıFitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə Səyyar Fitosanitar Laboratoriyada bitkilərə ziyan vuran həşərat və gənələr, fitopatogen nematodlar, alaq otları və onların toxumları, göbələk, virus və bakteriya xəstəliklərinin müayinələrinin aparılması üçün hər cür şərait yaradılıb. Səyyar laboratoriyanın üstünlüyü onun respublikanın ən ucqar ərazilərində belə rahatlıqla qısa müddətdə qurulmaqla fəaliyyətə tam hazır olmasıdır. Laboratoriya bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verir. Bu isə müayinələrin vaxtında və yerində aparılması, diaqnostikanın operativliyinin təmin edilməsi üçün çox əhəmiyyətlidir.
Ətraflı