arrow

Rəhbərlik

Sədr

Ramazan Nəbiyev

Ramazan Nəbiyev

İdarə Heyətinin sədri

Sədr müavinləri

Elina Sulyayeva

Elina Sulyayeva

İdarə heyəti sədrinin müavini
Elxan Əhmədov

Elxan Əhmədov

İdarə heyəti sədrinin müavini
Tünzalə Qocayeva

Tünzalə Qocayeva

İdarə heyəti sədrinin müavini
close
Ramazan Nəbiyev

Ramazan Nəbiyev

İdarə Heyətinin sədri

Ramazan Əli oğlu Nəbiyev 2 may 1987-ci ildə Ağdaş rayonunda anadan olub. Ali təhsilin bakalavr səviyyəsini “Qida mühəndisliyi” ixtisası üzrə Türkiyə Respublikasının Ankara Universitetində, magistr təhsilini isə Biznesin təşkili və idarə edilməsi (MBA) üzrə ADA Universitetində alıb. 

2013-2018-ci illərdə özəl sektorda qida mühəndisi və texnoloq vəzifələrində çalışıb. 

2018-2024-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.

2024-2026-cı illərdə AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışıb. 

15 iyul 2026-cı ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə AQTA-nın tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

İngilis dilini bilir.

Ailəlidir, 1 övladı var.

close
Elina Sulyayeva

Elina Sulyayeva

İdarə heyəti sədrinin müavini

Sulyayeva Elina Vəzirovna 1989-ci il yanvarın 29-da Bakı şəhərində anadan olub. 2007-ci ildə Bakıda 201 nömrəli tam orta məktəbi fərqlənmə attestatı, 2011-ci ildə Bakı Dövlət Universitetini (BDU) tətbiqi kimya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə BDU-da neft kimyası ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub.

2013-2017-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində mütəxəssis-kimyaçı və böyük mütəxəssis-kimyaçı, 2017-2018-ci illərdə Azərbaycan Standartlaşdırma İnstitutunda aparıcı ekspert-kimyaçı vəzifələrində işləyib. 2018-2023-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) kimyaçı, bölmə rəhbəri, laboratoriya müdiri və departament müdiri vəzifələrini icra edib. 2023-ci il iyun ayının 16-dan AQTİ-nin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.

close
Elxan Əhmədov

Elxan Əhmədov

İdarə heyəti sədrinin müavini

Elxan Nurəhməd oğlu Əhmədov 1987-ci il sentyabrın 14-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bakalavr dərəcəsi üzrə bitirib. 2009-2010-cu illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsilinə yiyələnib.

2011-2016-ci illərdə “Qaya Real Estate” MMC-də məsləhətçi və menecment üzrə direktor müavini, 2018-2024-cü illərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) sədrin köməkçisi, Regional bölmələr və tabeli qurumlarla iş sektorunun müdiri, Bakı regional bölmənin rəisinin müavini, Daxili nəzarət və regional bölmələrlə iş sektorunun müdiri, Protokol sektorunun müdiri, Qeydiyyat və reyestrlərin aparılması şöbəsinin müdiri vəzifələrində işləyib.  2024-cü il sentyabrın 2-dən AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışır.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.

close
Tünzalə Qocayeva

Tünzalə Qocayeva

İdarə heyəti sədrinin müavini

Qocayeva Tünzalə Firdovsi qızı 1988-ci il dekabrın 25-də Ağstafa rayonunda anadan olub. 

2010-cu ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakultəsinin bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Kompazisiya materialları kimyası ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 

2013-2014-cü illərdə Azərbyacan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunda böyük laborant, 2014-2017-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsində böyük ekspert kimyaçı, 2017-2018-ci illərdə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsində baş ekspert vəzifəsində çalışıb. 2018-2023-cü illərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutununda kimyaçı, keyfiyyətə nəzarət üzrə mütəxəssis, Keyfiyyətə nəzarət departamentində Daxili audit şöbəsinin müdiri-departament müdirinin müavini, Keyfiyyətə Nəzarət Departamentinin müdiri vəzifələrində çalışıb. 2023-2025-ci il tarixlərində Analitik Ekspertiza Mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib.  27.11.2025-ci il tarixindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışır.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.