FHN-in təşkilatçılığı ilə AQTİ-də kompleks təlim keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) inzibati binasında fövqəladə hallara hazırlığın artırılması məqsədilə kompleks təlim keçirilib.
Ətraflı
AQTİ tərəfindən “Halal Dad” MMC-yə HACCP sertifikatı təqdim edilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən müəssisələrdə HACCP (Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin qurulması, sənədləşdirilməsi və tətbiqi istiqamətində məsləhət və metodiki dəstək xidmətləri göstərməklə yanaşı, həmin müəssisələrdə mövcud sistemlərin qiymətləndirilməsini də həyata keçirir.
Ətraflı
AQTİ beynəlxalq keyfiyyət standartına uyğun sertifikatla təltif olunub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ISO beynəlxalq standartlarına uyğun sertifikatlaşdırılıb.
Ətraflı
ADA Universitetinin tələbələri ilə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə ADA Universitetinin “Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbi”nin tələbələri ilə görüş keçirilib.
Ətraflı
Sahibkarlar qida təhlükəsizliyi ilə bağlı məlumatlandırılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericilik və beynəlxalq standartlara uyğun təşkilinə dəstək məqsədilə mütəmadi olaraq maarifləndirici təlimlər keçirir.
Ətraflı
AQTA və AQTİ-nin kollektivi anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət edib
Bu gün müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.
Ətraflı
AQTA-da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Ətraflı
İctimai iaşə müəssisələrinin nümayəndələri AQTİ-nin xidmətləri ilə bağlı məlumatlandırılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ictimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.
Ətraflı
Abşeron Regional Sınaq Laboratoriyası beynəlxalq akkreditasiyadan uğurla keçib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Abşeron Regional Sınaq Laboratoriyası beynəlxalq standartların tələblərinə uyğun şəkildə fəaliyyətini davam etdirir.
Ətraflı
Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında yüksək dəqiqlik nümayiş etdirib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyası ABŞ-ın “The Office of the Texas State Chemist –Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib.
Ətraflı
“Qida təhlükəsizliyi: Beynəlxalq perspektivdən baxış” mövzusunda tədbir keçirilib
Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) dəstəyi ilə “Qida təhlükəsizliyi: Beynəlxalq perspektivdən baxış” mövzusunda tədbir keçirilib.
Ətraflı
Sahibkarlar təmizlik və dezinfeksiya proseslərinin düzgün təşkili ilə bağlı məlumatlandırılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlar və əməkdaşlar üçün “Təmizlik və dezinfeksiya işlərinin təşkili” mövzusunda maarifləndirici təlim keçirilib.
Ətraflı
Azərbaycan beynəlxalq qida təhlükəsizliyi proseslərində aktiv mövqe sərgiləyir
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Roma şəhərindəki Baş Qərargahında Kodeks Alimentarius Komissiyasının 48-ci sessiyasında qida təhlükəsizliyi, istehlakçı hüquqlarının müdafiəsi və beynəlxalq ticarətin tənzimlənməsi kimi əsas məsələlər müzakirə olunub.
Ətraflı
Rusiya ilə Azərbaycan arasında heyvan sağlamlığı istiqamətində əməkdaşlıq genişləndirilir
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) Federal Dövlət Büdcə Təşkilatı “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin (ФГБУ «ВНИИЗЖ») nümayəndələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.
Ətraflı
Qida təhlükəsizliyi üzrə hüquqi tənzimləmənin konstitusion prinsiplər əsasında formalaşması
AQTİ-nin İdarə heyətinin sədri Əli Nəbiyevin “Azərbaycan Respublikasının Konstitusiyası – qida təhlükəsizliyi haqqında qanunvericiliyin inkişafında fundamental hüquqi əsas kimi” adlı məqaləsi Azərbaycan Dövlət İnformasiya Agentliyində dərc edilib
Ətraflı
Azərbaycan ilk dəfə Kodeks Alimentarius Komissiyasının İcra Komitəsinin sessiyasında iştirak edir
AQTİ nümayəndəsi Ramazan Nəbiyev sözügedən sessiyada Avropa regionu üzrə məsləhətçi qismində təmsil olunur.
Ətraflı
AQTİ tərəfindən “Intercontinental Hotel Baku”ya HACCP sertifikatı təqdim olunub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən (AQTİ) “Intercontinental Hotel Baku”ya HACCP sertifikatı təqdim edilib.
Ətraflı
AQTİ tərəfindən “Chinar” restoranına “5 ulduz” sertifikatı təqdim edilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Chinar” restoranında qiymətləndirmə aparılıb. Nəticələrə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və restorana “5 ulduz” sertifikatı təqdim olunub.
Ətraflı
“Qida Təhlükəsizliyi Könüllüləri” üçün bitki sağlamlığı mövzusunda təlim təşkil edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi tərəfindən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvləri üçün bitki sağlamlığı mövzusunda təlim təşkil edilib.
Ətraflı
AQTİ-nin “HALAL” sertifikatlaşdırma xidmətlərinə maraq artır
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “HALAL” sertifikatlaşdırma prosesi uğurla davam edir. Artıq bir çox iri müəssisə AQTİ-nin “HALAL” sertifikatlaşdırma xidmətlərindən faydalanır.
Ətraflı
AQTİ-nin laboratoriyalarında xüsusi təhlükəli xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata keçirilir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkənin biotəhlükəsizlik statusunun daimi nəzarətdə saxlanması məqsədilə xüsusi təhlükəli xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata keçirilir.
Ətraflı
Bakı Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Bakı Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib. Laboratoriya İngiltərənin nüfuzlu “Fapas” şirkəti tərəfindən keçirilən sınaqlarda meyvə şirəsi nümunəsində Brix ədədi, sorbin turşusu və benzoy turşusu parametrlərinin təyini üzrə aparılan sınaqlarda yüksək göstəricilərə nail olub.
Ətraflı
“Qida sahəsində gigiyena” təlimini uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirir. “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlimdə “Nar Şərab”, “Mangal Steak House”, “Zağulba Saray” restoranlarının, “Fly lnn Hotel”in, həmçinin “Xonça” MMC-nin mütəxəssisləri iştirak edib.
Ətraflı
AQTİ tərəfindən “Dükkan Xətai” restoranına “5 ulduz” sertifikatı təqdim edilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Dükkan Xətai” restoranında qiymətləndirmə aparılıb.
Ətraflı
Lənkəran Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Lənkəran Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında növbəti uğurlu nəticələr əldə edib. İngiltərənin nüfuzlu “LGC” şirkəti tərəfindən təşkil edilən sınaqlarda laboratoriya quru süd nümunəsində Salmonella bakteriyasının təyini üzrə yüksək göstəricilərə nail olub.
Ətraflı
“Mangal Steak House Bayıl” restoranında HACCP sisteminin tətbiqi üzrə məsləhət xidmətləri göstərilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təhlükəsiz və keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək məqsədilə peşəkar qiymətləndirmə və məsləhət xidmətləri sahəsində yaxından dəstəyini davam etdirir.
Ətraflı
Özbəkistan Azərbaycanın qida təhlükəsizliyi təcrübəsini öyrənir
Ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) görüş keçirilib. Səfərin məqsədi Azərbaycanın qida təhlükəsizliyi sahəsindəki qabaqcıl təcrübəsini öyrənmək və bu sahədə əməkdaşlığı genişləndirməkdir.
Ətraflı
Daha bir müəssisəyə “HALAL” uyğunluq sertifikatı təqdim edilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə istehlakçıların sağlam və təhlükəsiz halal qida məhsulları ilə təmin olunmasını dəstəkləmək məqsədilə bu sahədə qiymətləndirmə və sertifikatlaşdırma fəaliyyətlərini davam etdirir.
Ətraflı
AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyinin obyektiv şəkildə qiymətləndirilməsi məqsədilə ət və ət məhsullarında salmonella spp. parametrinin keyfiyyətcə təyini üzrə növbəti səriştəlilik sınağını təşkil edir. Bu səriştəlilik sınağı laboratoriyaların analiz nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin edilməsi, sınaq nəticələrinin keyfiyyətinin, eləcə də personalın səriştəliliyinin artırılması, rutin analizlərin obyektiv qiymətləndirilməsi məqsədi daşıyır.
Ətraflı
İxracatçı sahibkarlara dəstək məqsədilə AQTİ tərəfindən növbəti təlim keçirilib
Kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması və ixracatçı sahibkarlara dəstək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən növbəti maarifləndirici təlim keçirilib. Təlim zamanı bitkiçilik məhsullarının ixracı prosesində sahibkarların diqqət etməli olduqları əsas məqamlar izah olunub. Qeyd olunub ki, ixrac təyinatlı məhsul yetişdirən sahibkarlıq subyektləri öz bitkiçilik təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınmasını təmin etməlidir.
Ətraflı
AQTİ-də qida məhsullarının yararlılıq müddəti laborator sınaqlarla təyin olunur
İstehsal və satış prosesində qida məhsullarının keyfiyyətinin qorunması, onların saxlanma müddəti ərzində etiketində göstərilən qida dəyərinə uyğun qalması əsas tələblərdən biridir. Bu istiqamətdə istehlakçı hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) "rəf ömrünün təyini" üzrə sınaqlar həyata keçirir. Bu sınaqlar məhsulun istehsal tarixindən son istifadə müddətinə qədər olan dövrdə istehlaka yararlılığını müəyyənləşdirməyə xidmət edir.
Ətraflı
AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir
Proses çərçivəsində artıq 8 qida subyekti tərəfindən “HALAL” sertifikatlaşma ilə bağlı İnstituta müraciət olunub. Bu müraciətlər əsasında “Səhliyalı” Kiçik Müəssisəsinə məxsus iribuynuzlu heyvan kəsimi və süd məhsullarının emalı və “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinə aid olan ev quşlarının kəsimi və emalı müəssisələrində qiymətləndirmə fəaliyyətləri həyata keçirilib. Qiymətləndirmələr nəticəsində qənaətbəxş nəticə əldə edən hər iki qida subyektinin müəssisələrinə 3 illik etibarlılığa malik “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Müraciət etmiş digər müəssisələrlə bağlı müvafiq işlər həyata keçirilməkdədir.
Ətraflı
AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında növbəti dəfə uğur qazanıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) Böyük Britaniyanın “Fapas” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib. Laboratoriya alkoqollu içki nümunəsində fiziki-kimyəvi və toksikoloji sınaqda uğurlu nəticə əldə edib. Belə ki, analizlər etil spirti, etanal (asetaldehid), etil asetat, metanol, propanol 1 və dimetil propanol 1-in təyini üzrə aparılıb.
Qeyd edək ki, ARSL bundan əvvəl də Böyük Britaniyanın “Fapas” və ”LGC standard”, eləcə də Fransanın “Bipea” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr əldə edib. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib.
Ətraflı
Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
Qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Ətraflı