
"HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam hüququna uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir.İnstitut tərəfindən uyğunluq sertifikatının təqdim olunması prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müştəri tərəfindən müraciət forması və ərizə dolduraraq göndərilir.
Sonra İnstitutda daxil olan müraciət yoxlanılır, müştəriyə qiymət təklifi və müqavilə göndərilir. “Halal” sertifikatlaşmanının növbəti mərhələsində müştərinin – qida subyektinin və onun obyektinin halal qaydalara uyğunluğu və həmin qida obyektinin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə prosseslərinin nəticəsinə əsasən, obyekt “Halal” standartının tələblərinə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsinin rəyi əsasında qida subyektinə etibarlılıq müddəti 3 (üç) il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir. Ümumilikdə sertifikatlaşmaya sərf olunan müddət, müraciət edən qida subyektinin növündən, fəaliyyət istiqamətindən, proseslərin və qida təhlükəsizliyi idarəetmə sisteminin mürəkkəbliyindən asılı olaraq dəyişilə bilməkdədir.
Hal-hazırda, İnstitut tərəfindən “OIC/SMIIC-1:2019 Halal qidaya dair ümumi tələblər” standartı üzrə halal sertifikatlaşma prosesi isə 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların və ev quşlarının kəsimi, balıq və dəniz məhsullarının emalı, süd və süd məhsulları yumurta və yumurta məhsullarını, eyni zamanda emal edilmiş ət və ət məhsullarını əhatə edir. Beləliklə, AQTİ-nin həyata keçirdiyi halal sertifikatlaşma beynəlxalq səviyyədə tanınan və etibarlı sertifikatlaşma xidməti olaraq fəaliyyət göstərməkdədir
Filial sayı
Müəssisənin ümumi işçi sayı
Müəssisədə HACCP-KNN sayı
Məhsul çeşidlərinin sayı
"HALAL" Sertifikatlaşma üzrə ilkin, illik və təkrar qiymətləndirmə rüsumları - "T-004 nömrəli 'Halal sertifikatlaşdırma qiymət təlimatı' sənədində qeyd edilmişdir. Qiymətlərə laborator müayinə xərcləri və qiymətləndirmə qrupunun ezamiyyə və qonaqlama xərcləri daxil deyildir.
"HALAL" Sertifikatlaşdırma üzrə xidmət kalkulyatorunda əks olunmuş məbləğ sənədlərin təhlili və qeyd edilən məlumatların düzgünlüyü yoxlanıldıqdan sonra etibarlı hesab edilə bilər.
"Halal" sertifikatlaşma xidməti üzrə kalkulyator "Tm = TY + TH + (TYM+ TYi)*CC" düsturuna əsasən hesablanılır.