Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
“Chinar” restoranı Londonun beynəlxalq restoran üzrə ixtisaslaşmış "Blue Sky Hospitality" şirkəti tərəfindən yaradılıb. Restoranda Asiya mətbəxinin orijinal xüsusi yeməkləri təklif olunur.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Chinar” restoranında qiymətləndirmə aparılıb. Nəticələrə əsasən, müəssisənin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək qiymətləndirilib və 31 oktyabr 2025-ci il tarixində restorana “5 ulduz” sertifikatı təqdim olunub.