Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
“KHAMSA”
restoranı paytaxtın nüfuzlu 5 ulduzlu brend hotellərindən biri olan “InterContinental
Baku” daxilində fəaliyyət göstərir. Restoran öz qonaqlarına Azərbaycan milli mətbəxinin
zəngin dadlarını Avropa kulinariya ənənələri ilə birləşdirən xüsusi menyu təqdim
edir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən
“Ulduz-reytinq” layihəsi çərçivəsində “InterContinental Baku” nəzdində fəaliyyət
göstərən “KHAMSA” restoranında aparılan qiymətləndirmənin nəticələrinə əsasən,
müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən
edilib və ölkədə ilk dəfə bir otelin nəzdində fəaliyyət göstərən restorana “5
ulduz” sertifikatı təqdim olunub.