arrow

Yumurtaya qarşı allergiya

Yumurtaya qarşı allergiya
07-04-2026 17:04

Yumurtaya qarşı allergiya daha çox uşaqlarda rast gəlinən qida allergiyalarındandır. Səbəb yumurtanın tərkibindəki zülallara, xüsusilə də yumurta ağındakı zülallara qarşı immun reaksiyadır.

Əlamətlər:

- Dəridə səpgilər, qızartı, qaşınma

- Üz, dodaq və göz qapaqlarında şişkinlik

- Qarın ağrısı, qusma, ishal

- Öskürək, nəfəs darlığı

- Nadir hallarda anaflaksiya

Yumurtaya allergiyası olan uşaqlarda gələcəkdə allergik rinit və astma riski arta bilər.

Yumurta təkcə açıq formada deyil, şirniyyatlar, makaronlar, çörək, bulka, dondurma və souslarda da yer alır.

Uşaqlarımızın sağlamlığı üçün diqqətli olaq, mütləq məhsul etiketlərini oxuyaq!