Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Bu materiallar qida məhsullarının təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayır.
Aktiv materiallar – Qida ilə təmasda olaraq müəyyən maddələri buraxmaqla onun keyfiyyətini qoruyan, lakin təbii halını dəyişməyən materiallardır.
Ağıllı materiallar – Qida məhsulunun vəziyyəti barədə istehlakçıya düzgün məlumat təqdim edən texnologiyalardır.
“Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” normativ-hüquqi aktına əsasən, aktiv və ağıllı material və məmulatlar:
- Qida əlavələri standartlarına uyğun olmalıdır.
- Qidanın xarab olmasını gizlətməməlidir.
- İstehlakçıya real məlumat verməlidir.