arrow

Almanın faydaları

Almanın faydaları
03-09-2026 18:00
Payızın sevilən meyvələrindən olan alma lif, vitamin və faydalı bitki mənşəli maddələrlə zəngindir.
Alma:
Həzmi dəstəkləyir, tərkibindəki lif bağırsaqların normal fəaliyyətinə kömək edir.
Lif və bitki mənşəli maddələr ürək-damar sağlamlığının qorunmasına dəstək olur.
Antioksidantlarla zəngindir, kversetin və digər faydalı maddələr hüceyrələrin qorunmasına kömək olur.
Lif karbohidratların sorulmasını yavaşladaraq qan şəkərinin daha sabit qalmasına yardım edir.
Alma yaxşı yuyulduqdan sonra qabığı ilə yeyilə bilər. Çünki faydalı lif və bitki mənşəli maddələrin bir hissəsi qabıqda yerləşir.
Gündəlik qidalanmada alma kimi müxtəlif meyvələrə yer vermək sağlam və balanslı qidalanmanın vacib hissəsidir.