Diqqət edilməsi vacib olan digər məqam isə dönər hazırlamaq üçün istifadə olunan inqrediyentlərin saxlanma şəraiti, xüsusilə temperatur şəraiti və mal qonşuluğu prinsipinin qorunması ilə bağlıdır. Belə ki, çiy ətlə bişmiş ət, həmçinin digər qida məhsullarının yanaşı saxlanılması yolverilməzdir. Çarpaz çirklənmənin qarşısını almaq üçün çiy və bişmiş məhsullar üçün olan avadanlıqlar da (kəsici alətlər-bıçaq, istifadə olunan qablar) ayrılmalıdır. Ət və ya quş əti baytarlıq nəzarətindən keçmiş olmalıdır.
Dönər hazırlamaq üçün istifadə olunacaq çiy ət, eləcə də mayonez və ketçup mütləq tələb edilən temperatur şəraitində saxlanılmalıdır. Həmçinin ətin, əsas inqrediyentlərdən olan dönər çörəyi və ya lavaşının təzə olub-olmaması, mayonez və ketçupun yararlılıq müddətlərinə də diqqət edilməlidir. İstifadə olunan tərəvəzlərin (pomidor, xiyar, göyərtilər) təmiz yuyulması da vacib şərtdir. Hazırlanmış dönər 2 saat ərzində istehlak edilməlidir. İsti aylarda isə bu müddət 1 saata kimi qısalır.
Agentlik vətəndaşları ictimai nəzarəti gücləndirməyə və istehlakçını hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda, “1003 - Çağrı Mərkəzi”nə bu barədə məlumat verməyə və dövlətə bu sahədə dəstək göstərməyə dəvət edir.
Videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: