Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Bağırsaq sağlamlığı ümumi sağlamlığın vacib hissəsidir.
Bəzən yorğunluq, şişkinlik və əhval dəyişikliyi kimi hallar yaranır və səbəb tam aydın olmur. Çox vaxt bu, bağırsaq balansı ilə əlaqəli olur.
Sağlam bağırsaq üçün əsasdır:
- Təbii qidalar – tərəvəzlər, meyvələr, göyərtilər
- Lifli qidalar – yulaf, paxlalılar və tərəvəzlər
- Fermentasiya olunmuş məhsullar – qatıq, kefir, kələm turşusu
- Şəkər və ultra-prosess qidaların azaldılması
- Kifayət qədər su qəbulu
Sağlam bağırsaq orqanizmin immun funksiyasını, enerji səviyyəsini, emosional tarazlığını dəstəkləyir və düzgün qidalanma vərdişləri bu balansın qorunmasında əsas rol oynayır.