Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Bayram süfrəsində qalan yeməkləri düzgün saxlamadan və dəfələrlə qızdırmaq sağlamlıq üçün təhlükəli ola bilər.
Xüsusilə yumurta, ət, toyuq, balıq, göbələk, ispanaq, çuğundur, kərəviz, süd məhsulları, dəniz məhsulları və kremli şirniyyatlar risk daşıyıcısıdır. Bu qidələr otaq temperaturunda iki saatdan çox qalarsa, bakteriyalar sürətlə çoxalır və qida zəhərlənməsinə səbəb yaradır.
Qaydalar sadədir:
- Yeməyi ehtiyac qədər bişirin.
- Soyuducuya yerləşdirmədən əvvəl otaq temperaturunda soyudun.
- Yenidən qızdırılmaması tövsiyə olunan qidalara diqqət edin.
- Çayı uzun müddət saxlamayın.
Təzə və düzgün saxlanmış yemək həm dadlı, həm də sağlamdır. Profilaktika həmişə müalicədən asandır!