Son illər bioloji aktiv
qida məhsullarına (BAQM) maraq xeyli artıb. Lakin mütəxəssislər bildirirlər ki,
bu məhsullar sağlam həyat tərzini əvəz etmir və yalnız real ehtiyac olduqda,
düzgün seçilərək istifadə edilməlidir.
Sağlam həyat
tərzinin əsasını balanslı qidalanma və müntəzəm fiziki aktivlik təşkil edir.
BAQM-lərin təhlükəsiz və düzgün istifadəsi ilə bağlı Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutunun eksperti İlqar Şamilov bildirib ki, bu məhsullara
marağın artmasının əsas səbəblərindən biri insanların qısa müddətdə nəticə əldə
etmək istəyi, eləcə də sosial şəbəkələrdə yayılan tövsiyələrin təsiridir.
Ekspertin
sözlərinə görə, məhsul haqqında məlumatsızlıq və ondan istifadə sağlamlıq üçün
risk yarada bilər. Bu səbəbdən istehlakçılar məhsul seçərkən onun mənşəyinə,
tərkibinə, etibarlılığına və dövlət qeydiyyatından keçməsinə xüsusi diqqət
yetirməlidirlər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara BAQM-lərdən istifadə zamanı yalnız etibarlı mənbələrdən əldə edilən məlumatlara əsaslanmağı, məhsulların təhlükəsizliyini və qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamağı, həmçinin sağlamlıqla bağlı qərarlar qəbul edərkən mütləq mütəxəssis məsləhətini nəzərə almağı tövsiyə edir.
Daha ətraflı: