Yayın ən sevilən meyvələrindən olan gilas və albalı həm dadı, həm də qida dəyəri ilə seçilir.
Güclü antioksidant mənbəyi olan bu meyvələr hüceyrələrin qorunmasına və iltihabi proseslərin azalmasına dəstək ola bilər.
Albalı təbii melatonin mənbəyi olduğundan yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edir. Həmçinin gilas və albalının tərkibindəki faydalı maddələr ürək-damar sağlamlığının qorunmasına, qan təzyiqinin tənzimlənməsinə və əzələ bərpasına dəstək göstərir.
Liflə zəngin olması isə həzm sisteminin normal fəaliyyəti və bağırsaqların düzgün işləməsinə yardımçıdır.
Sağlam və balanslı qidalanmanın bir hissəsi olaraq mövsümündə meyvə istehlakına üstünlük verin.