İmsakda qəbul edilən qidalar gün boyu orqanizmin funksional fəaliyyətinə və ümumi vəziyyətinə birbaşa təsir göstərir.
- Yulaf, düyü, bulqur kimi kompleks karbohidratların qəbulu enerji səviyyəsinin sabit qalmasına kömək olur.
- Yumurta və pendir kimi protein mənbələri toxluq hissini uzadır.
- Tərəvəz və meyvələr həm həzmi, həm də su balansını dəstəkləyir.
Sağlam və düzgün imsak enerjili və məhsuldar günün əsasını təşkil edir. İmsakı ötürmək isə gün ərzində halsızlıq və zəiflik yarada bilər.