arrow

Qarpız və yemişin düzgün seçimi və təhlükəsiz istehlak qaydaları

Qarpız və yemişin düzgün seçimi və təhlükəsiz istehlak qaydaları
15-07-2026 13:00

İsti yay günlərinin sevilən meyvələri olan qarpız və yemiş yüksək su, vitamin və antioksidant tərkibi ilə sağlam qidalanmanın vacib hissəsidir. 

Qarpız-yemiş alışı zamanı bu məqamlara diqqət edin:

Onların qabığı hamar və parlaq görünməlidir.

Saplağı qurumuş olmalıdır.

Üzərində çürük və ya çatlar olmamalıdır.

Torpaqla təmasdan yaranan sarı ləkələrin olması isə normaldır.

Ancaq torpaqla təmasda yetişdiyi üçün səthində müxtəlif mikroorqanizmlər ola bilər.  Buna görə də məhsul kəsilməzdən əvvəl mütləq yaxşı yuyulmalıdır.

Qida təhlükəsizliyi üçün:

Meyvəni təmiz və quru bıçaqla kəsin.

Kəsildikdən sonra soyuducuda saxlayın.

Kəsilmiş məhsulun üzərini qida üçün nəzərdə tutulmuş örtüklə bağlayın.

Kəsilən gün istehlak edin.

Düzgün saxlanılmayan və ya gigiyenik qaydalara əməl olunmadan kəsilən qarpız və yemişdə mikroorqanizmlərin çoxalması ilə qida mənşəli zəhərlənmə riski artır. Belə hallarda ürəkbulanma, qusma, ishal və qarın ağrısı kimi əlamətlər müşahidə oluna bilər. 

Bütöv qarpızın 10–15°C, doğranılmış hissələrinin isə +5°C temperaturda saxlanılması tövsiyə olunur.