Kalsium uşaqlıq dövründə sümüklərin və dişlərin möhkəmlənməsi üçün həyati əhəmiyyət daşıyır.
Bu dövrdə yaranan kalsium çatışmazlığı gələcəkdə osteoporoz riskini artırır və uşağın fiziki inkişafına mənfi təsir göstərə bilər.
Kalsium yalnız sümüklər üçün deyil,
- əzələlərin fəaliyyəti
- sinir impulslarının ötürülməsi
- qan laxtalanması
- hüceyrə funksiyalarının tənzimlənməsi üçün də vacibdir.
Kalsiumla zəngin qidalar:
• Süd və süd məhsulları
• Yumurta
• Tünd yaşıl yarpaqlı tərəvəzlər
• Balıq və dəniz məhsulları
• Badam və digər dənli bitkilər
Məktəbəqədər yaşlı uşaqlar üçün gündəlik tövsiyə olunan kalsium miqdarı 500-700 milliqramdır. Bu səbəbdən onların rasionunda hər gün 2–3 porsiya süd məhsulu (süd, pendir, qatıq, kəsmik) mütləq olmalıdır.
Daha ətraflı: https://youtube.com/shorts/ZqAF-xy71Oc