Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Alzheimer beyin funksiyalarını zəiflədən bir xəstəlikdir. Tam sağalma mümkün olmasa da, düzgün qidalanma və həyat tərzi onun gedişini yavaşlada və yaddaşı qorumağa kömək edə bilər.
Nələr faydalıdır?
Antioksidantlar və polifenollar (qaragilə, nar, tünd şokolad ≥70%, yaşıl çay) neyronları qoruyur.
B vitaminləri (B6, B9/folat, B12) homosistein səviyyəsini azaldır və yaddaşı, diqqəti gücləndirir.
Şəkər, ağ un, fast food və trans yağlar (marqarin) beyin hüceyrələrinin sürətlə yaşlanmasına səbəb olur. Alzheimer xəstələrində tez-tez D vitamini çatışmazlığı olur. Susuz qalmaq və insulin müqaviməti (Type 3 diabetes) da yaddaşı zəiflədir.
Beyin sağlamlığı qidalanmadan başlayır!