arrow

Buzluqdakı ətin donunu açarkən isti sudan istifadə etmək doğrudur?

Buzluqdakı ətin donunu açarkən isti sudan istifadə etmək doğrudur?
27-05-2025 11:35

Əksəriyyət buzluqdakı ətin donunu açarkən vaxt qazanmaq üçün isti sudan istifadə edir. Amma bu, yanlış üsuldur. Xüsusi ilə isti havalarda bu üsuldan istifadə etmək qida zəhərlənməsinə səbəb ola bilər.

Daha təhlükəsiz üsul hansıdır deyirsinizsə, ətin donunu açmaq üçün 3 üsuldan  istifadə edilə bilər. Donmuş əti bir neçə saat öncədən soyducuda saxlamaq olar. Bundan başqa mikrodalğalı sobadan istifadə edərək də ətin donunu açmaq mümkündür. Digər bir üsul isə soyuq su ola bilər. Ancaq o şərtlə ki əti su sızdırmayan plastik torbaya yerləşdirib daha sonra soyuq suya qoymaq.

Bu zaman soyuq suyun temperaturu 21°C-dən yuxarı olmamalı və 4 saatdan çox olmayaraq həmin suda saxlanılmalıdır. Suyun soyuq qaldığına əmin olmaq üçün temperaturu tez-tez yoxlanılmalı və hər yarım saatdan (30 dəqiqə iconu vaxtla) bir dəyişdirilməlidir