
Mif: Elektron siqaretlər ənənəvi siqaretlərin təhlükəsiz əvəzləyicisidir!
Cavab: Xeyir. Bu fikir doğru deyil!
Elektron siqaretlərin təhlükəsiz olduğu düşünülür, lakin bu, tamamilə yanlışdır. Gəlin, bunun səbəblərinə nəzər salaq:
1. Zərərli kimyəvi maddələr - Elektron siqaretlərdə tütün olmasa da, əksəriyyəti nikotin və digər zərərli maddələr olan mayenin qızdırılıb buxarlanması prinsipi ilə işləyir. Bu mayelərin tərkibində propilen qlikol, bitki qliserini və dadlandırıcılar var ki, onlar qızdırıldıqda insan sağlamlığına mənfi təsir göstərə bilər.
2. Nikotin asılılığı və sağlamlığa təsiri – Nikotin ürək-damar, tənəffüs və sinir sistemini zədələyən, güclü asılılıq yaradan maddədir. Hətta "nikotinsiz" adlandırılan elektron siqaretlər belə ağciyərlər və bronxlar üçün təhlükə mənbəyidir.
3. Tam təhlükəsiz deyil – Elektron siqaretlər ənənəvi siqaretlərdə olduğu kimi yanma prosesi keçirməsə də, onların buxarı ilə nəfəs almaq sağlamlıq üçün ciddi risklər yaradır.
Nəticə: Elektron siqaretlər sizi siqaretin zərərlərindən qorumur, əksinə, yeni sağlamlıq problemlərinə yol açır. Sağlam həyat üçün bu vərdişlərdən uzaq durun!