
Heyvanın gözümüzün qarşısında kəsilməsi bu məhsulun təhlükəsiz olması demək deyil.
Kəsimə gətirilən heyvan hər hansı bir xəstəliyin daşıyıcısı ola bilər ki, qəssab özü də bundan xəbərsiz ola bilər. Və ya kəsim zamanı sanitar-gigiyenik və ya şəxsi-gigiyena qaydalarının pozulması nəticəsində xoşagəlməz hallar baş verə bilər. Bütün bu amillər istehlaka təqdim olunan ətin keyfiyyət və təhlükəsizliyini şübhə altına salır.
Ümumiyyətlə, qəssabxanalar və ət kəsim məntəqələri QT qeydiyyatından keçməlidir. Yəni, kəsim məntəqələri və ya ət satışı müəssisələri AQTA tərəfindən qeydiyyata alınmalı və təsdiq edilməli, baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir. Həmçinin, ətin mütləq baytarlıq şəhadətnaməsi də olmalıdır.