arrow

Meyvə şirəsi içmək, bütöv halda meyvə yeməkdən daha faydalıdır?

Meyvə şirəsi içmək, bütöv halda meyvə yeməkdən daha faydalıdır?
27-05-2025 11:57

Meyvələri bütöv halda yemək orqanizmimiz üçün daha faydalıdır və bunu bir neçə səbəbləri vardır. Birincisi, meyvələr lif tərkiblidir. Liflər isə həzm sisteminin, xüsusilə bağırsaqların funksiyasına və qanda şəkərin sabit qalmasına müsbət təsir göstərir. Həmçinin, mədədə uzun müddət toxluq hissi yaradır.

İkincisi, bütöv meyvələr vitamin və minerallardan başqa çoxlu miqdarda antioksidant və minerallarla zəngindir. Meyvə şirələrində isə bu maddələrin çox hissəsi şirənin çəkilməsi zamanı itirilə bilər.

Qeyd edək ki, meyvə şirələri orqanizm tərəfindən daha tez mənimsənildiyi üçün qanda şəkərin miqdarı kəskin arta bilər. Həmçinin, meyvə şirələrinin kalori göstəriciləri də yüksəkdir, belə ki çoxlu meyvə şirəsi bir fincanda toplanır.

Beləliklə, meyvələri bütöv halda yemək daha faydalıdır, çünki onlar daha çox lif, daha az şəkər və daha çox qidalandırıcı maddə ehtiva edirlər.