
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Şirin çay yaddaşı gücləndirir?
Cavab – Xeyr
İnsanlar arasında formalaşmış belə bir inanc var ki, səhər yeməyi zamanı şirin çay içmək yaddaşı gücləndirir. Əslində isə şirin çayın orqanizmə heç bir faydası yoxdur. Əksinə acqarına səhər vaxtı içdikdə qısa zamanda qanda şəkərin miqdarını artırır. Bununla da mədəaltı vəziyə və qaraciyərə mənfi təsir göstərir
Bundan başqa uşaqlara şirin çayın verilməsi xüsusi ilə tövsiyə olunmur. Belə ki, şirin çay istifadəsi uşaqlarda erkən diş çürükləri yaradır, gələcəkdə isə şəkərli diabet, yüksək qan təzyiqinın yaranmasına səbəb olur