Bayram süfrəsinin bəzəyi
olan qoz, badam, fındıq və digər çərəzlər orqanizm üçün vacib olan vitamin,
mineral və antioksidantlarla zəngindir. Zəngin tərkib sayəsində çərəzlər
immuniteti möhkəmləndirir, həzm sisteminin fəaliyyətini dəstəkləyir, zehni
aktivliyi artırır və qaraciyərin normal funksiyasına müsbət təsir göstərir. Gün
ərzində bir ovuc çərəz yemək bədəni ehtiyac duyduğu bir çox faydalı maddələrlə
təmin edir.
Qida
Təhlükəsizliyi Agentliyi bayram günlərində çərəz istehlakının artdığını nəzərə
alaraq vətəndaşlara müraciət edib. Bildirilib ki, həddindən artıq istehlak
artıq çəki, piylənmə, həzm pozğunluğu və allergik reaksiyalara səbəb ola bilər.
Buna görə də ölçüyə diqqət etmək, gündəlik normanı aşmamaq vacibdir.
Çərəzlərin
faydasını maksimum qorumaq üçün onları qovrulmamış və ya az miqdarda, yüngül
qovrulmuş halda istehlak etmək daha məqsədəuyğundur. Çünki yüksək temperatur
onların vitamin və minerallarını azaldır.
Çərəz alarkən
görünüşünə, rənginə, formasına və qoxusuna diqqət edilməlidir. Qablaşdırılmış
məhsulun isə mütləq istehsal və son istifadə tarixi yoxlanılmalıdır. Düzgün
şəraitdə saxlanılmayan çərəzlərdə zərərli maddələr – aflatoksinlər yarana
bilər. Kif bəzən pambıqvari və ya rəngli ləkələr şəklində görünsə də, məhsulun
dərin qatlarına qədər yayılır. Bu səbəbdən kifli hissəni kəsib istifadə etmək
təhlükəlidir.
İstehlak
etməzdən əvvəl çərəzləri yumaq tövsiyə olunur. Açıq şəkildə satılan məhsulların
toz və yad maddələrlə çirklənməsi mümkündür. Onları sərin, quru və qaranlıq
mühitdə saxlamaq dadı və faydalı xüsusiyyətlərini qorumağa kömək edir.
Daha ətraflı
link: