arrow

Novruz bayramında sağlam və təhlükəsiz qidalanma üçün 5 qızıl qayda

Novruz bayramında sağlam və təhlükəsiz qidalanma üçün 5 qızıl qayda
21-03-2026 15:00

Bayram günlərində süfrələr bol və bərəkətli olur.  Balanslı qidalanmaq çətin görünsə də, bəzi vacib qaydalara əməl etməklə həm bayramın dadını çıxara, həm də sağlamlığınızı qoruya bilərsiniz.

Novruz bayramında yemək hazırlayarkən və qidalanarkən bu 5 qızıl qaydanı unutmayın:

İstifadə etdiyiniz ərzaqların istehsal və son istifadə tarixlərinə diqqət edin.

Çiy ət, toyuq və balığı otaq temperaturunda uzun müddət saxlamayın.

Bişmiş və çiy qidaları ayrı saxlayın. Onlar üçün ayrı doğrama lövhəsi və bıçaq istifadə edin.

Ətin donunu soyuducuda açın və ət məhsullarını tam bişirdiyinizə əmin olun.

Alış-verişi zamanı tez xarab olan soyudulmuş və dondurulmuş məhsulları sonda alın.

Novruz süfrəsi yalnız zəngin deyil, həm də sağlam və təhlükəsiz olmalıdır. Bayramınız mübarək, süfrəniz bol, sağlamlığınız daim olsun!