arrow

Orucu necə açmaq daha doğrudur?

Orucu necə açmaq daha doğrudur?
19-02-2026 18:00

Orucu mərhələli və düzgün açmaq mədə-bağırsaq sistemini qoruyur və rahat oruc tutmağa kömək edir.

Uzun müddət ac qalan mədəni birdən-birə ağır yeməklərlə yükləmək həzm problemlərinə səbəb ola bilər. 

Orucu düzgün açmaq üçün:
- İlıq su ilə başlayın. Mədəni yeməyə hazırlayın.
- Xurma, zeytun, salat və göyərti ilə davam edin.
- 15–20 dəqiqə fasilə verin. Sonra əsas yeməklərə keçin.
- İlk olaraq, sulu yeməklərə üstünlük verin.

Bu qaydalara əməl edərək rahat oruc tuta, sakit və mərhələli iftar keçirə, mədə-bağırsaq sistemini qoruya bilərsiniz.