arrow

Qida ilə təmasda olan kağız əsaslı materiallar ciddi təhlükəsizlik standartlarına cavab verməlidir

Qida ilə təmasda olan kağız əsaslı materiallar ciddi təhlükəsizlik standartlarına cavab verməlidir
15-05-2026 12:18

“Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” normativ-hüquqi aktına əsasən, kağız əsaslı material və məmulatlar üçün əsas şərtlər bunlardır:

- Arsen, qurğuşun, kadmium, civə, xlorid və digər zərərli maddələrin miqdarı yol verilən həddən artıq olmamalıdır.

- Kağız materialların rəngi qida məhsullarına keçməməlidir.

- Çap olunmuş, yazılmış və təkrar emal olunmuş kağızlar qida ilə təmas etməməlidir.

- Yumurta və meyvə-tərəvəz viyolları istisna olmaqla, təkrar emal olunmuş kağızdan qida qablaşdırması istehsal edilməməlidir.

Bu tələblər qidanın təmiz və sağlam qalmasını təmin edir! 

Seçiminizdə diqqətli olun!