Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Qida zəhərlənməsi təkcə “köhnə yemək”lə bağlı deyil. Bakteriyalar, viruslar, parazitlər və toksinlərlə çirklənmiş qidalar da təhlükəlidir.
Uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olanlar daha çox risk altındadır.
Təhlükədən qorunmaq üçün sadə qaydalar:
- Son istifadə tarixi keçmiş və xarab qidaları yeməyin.
- Meyvə və tərəvəzləri yaxşı yuyun.
- Ət, toyuq, balığı tam bişirin.
- Pasterizə olunmamış süddən istifadə etməyin.
- Şişmiş və ya zədələnmiş konservləri açmayın.
- Əllərinizi tez-tez yuyun.
- Bişmiş yeməyi uzun müddət otaq temperaturunda saxlamayın.
Kiçik diqqət böyük risklərin qarşısını ala bilər.