Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Qida zəhərlənmələri təkcə bir mövsümə aid deyil, ilin bütün fəsillərində baş verə bilər.
Bakteriyalar 5°C–60°C temperatur aralığında sürətlə çoxalır və bu aralığa “təhlükəli zona” deyilir. Düzgün saxlanmayan, təmizlənməyən və gigiyenik qaydalara riayət edilməyən qidalar ciddi xəstəliklərə yol açır. Amma sadə qaydalara əməl etməklə xəstəliklərin qarşısını almaq mümkündür.
Qida təhlükəsizliyinə riayət etmək həm sizin, həm də yaxınlarınızın sağlamlığını qorumağın əsas yoludur.
Ən çox kimlər risk altındadır?
Uşaqlar
Hamilə qadınlar
Yaşlılar
İmmun sistemi zəif olan insanlar
Özünüzü və yaxınlarınızı qorumaq üçün qidaya diqqət yetirin, gigiyenik qaydalara riayət edin və sağlam qalın!