Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Ramazan ayında qidalanma saatlarının dəyişməsi bəzən həzm problemlərinə səbəb ola bilər. Bu zaman fermentləşdirilmiş süd məhsulları köməyimizə çatır.
Fermentləşdirilmiş süd məhsulları (qatıq, kefir, ayran):
- Bağırsaqların normal fəaliyyətini dəstəkləyir.
- Şişkinlik və qəbizliyin qarşısını alır.
- Həzm prosesini asanlaşdırır.
- İftar və imsak süfrəsində rahatlıqla istifadə oluna bilər.
Bu məhsullar yalnız doymaq üçün deyil, sağlam həzm və rahat oruc üçün də vacibdir.