Ramazan ayında oruc zamanı bədənimiz
uzun müddət susuz qalır. Bu səbəbdən su balansının qorunması həm enerjinin
saxlanması, həm də həzm sisteminin düzgün işləməsi üçün əsas şərtdir.
Orucu açarkən 1-2 stəkan ilıq su
için.
İftarda ilıq su içdikdən sonra
zeytun, xurma, tərəvəz salatı və göyərti yeyin, 15-20 dəqiqə fasilədən sonra əsas
yeməklərə başlayın.
İftar-imsak arasında fasilələrlə
su içmək orqanizmin vitamin və minerallara olan ehtiyacını daha yaxşı
qarşılayır.
Bitki çayı, az şəkərli kompot,
ayran və süd kimi mayelər bağırsaqların fəaliyyətinə müsbət təsir göstərir. Qəhvə
və tünd çay susuzluq yarada bilər.
Maye tərkibli qidalar – şorba, tərəvəz,
meyvə, qatıq, kefir su ehtiyacını qarşılayır, həzm prosesinə dəstək olur.
İftardan sonra qısa gəzinti
mayeni orqanizmə yaxşı paylayır və həzmi asanlaşdırır.
Ramazan ayında su balansı
qorunduqda halsızlıq azalır, həzm rahatlaşır və oruc daha rahat keçir.