arrow

“1003 - Çağrı Mərkəzi”nin əməkdaşlarına təlim keçirilib

“1003 - Çağrı Mərkəzi”nin əməkdaşlarına təlim keçirilib
30-08-2022 17:00

Təlimin keçirilməsində məqsəd iştirakçılara çağrı mərkəzində çalışmağın avantajlarının, aktiv dinləmə və izahetmə, həmçinin ünsiyyət etikası və inandırma bacarıqlarının, səsdən effektiv istifadə üsullarının, müştəriyönümlü xidmət açarının, gündəlik stresdən qorunma üsullarının və çətin vəziyyətlərdə çıxış yollarının, bu sahədə əməli vərdişlərin aşılanmasıdır.

2 gün davam edən təlimdə 3 modul üzrə istiqamətləndirilən iştirakçılarla müxtəlif diskussiyalar və aidiyyəti mövzularda praktiki məşğələlər aparılıb. Məşğələlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib. İştirakçılara manipulyasiya, telemarketinq, parazit sözlər, aqressiv müştərilərə cavab verilmə qaydaları və digər məlumatlar çatdırılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.