7 İyun — Ümumdünya Qida Təhlükəsizliyi Günüdür.
Bu il “Çətinliklərdən həllərə doğru – hər yerdə təhlükəsiz qida” şüarı altında qeyd olunan Ümumdünya Qida Təhlükəsizliyi Günü qida təhlükəsizliyinin insan sağlamlığı, iqtisadi inkişaf və cəmiyyətin rifahı üçün əhəmiyyətini ön plana çıxarır.
Təhlükəsiz qida sağlam həyatın və ictimai rifahın vacib əsaslarından biridir. Qida təhlükəsizliyi məhsulun istehsalından başlayaraq emalı, daşınması, saxlanması və istehlakı daxil olmaqla bütün mərhələlərdə təhlükəsizlik və keyfiyyət prinsiplərinə əməl olunmasını əhatə edir.
Müasir elmi yanaşmalar, laborator analizlər və maarifləndirmə tədbirləri qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, gündəlik həyatda gigiyena qaydalarına əməl etmək, məhsulların saxlanma şəraitinə diqqət yetirmək və son istifadə tarixini yoxlamaq sağlamlığımızın qorunmasına xidmət göstərir.
Ümumdünya Qida Təhlükəsizliyi Günü təhlükəsiz qidanın insan sağlamlığı və sağlam gələcək üçün əhəmiyyətini bir daha xatırladır.
Gəlin, təhlükəsiz qida seçimləri ilə sağlam həyatın qorunmasına birlikdə töhfə verək.