Abşeron Regional Sınaq Laboratoriyası müasir standartlara uyğun fəaliyyət göstərərək qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Laboratoriya ISO/IEC 17025:2017 beynəlxalq standartına uyğun fəaliyyət göstərir və alkoqollu içkilər, taxıl məhsulları və digər qida məhsulları üzrə keyfiyyət və təhlükəsizlik sınaqları aparır.
Laboratoriya:
Fiziki-kimyəvi, mikrobioloji və toksikoloji analizlər həyata keçirir.
Vİ1 sertifikatı üçün tələb olunan sınaqları beynəlxalq standartlara uyğun aparır.
İngiltərənin “FAPAS” və “LGC”, Fransanın “Bipea” və digər beynəlxalq laboratoriyaların sınaqlarında yüksək nəticələr əldə edib.
2020-ci ildə AZS ISO/IEC 17025:2009, 2021-ci ildə isə ISO/IEC 17025:2017 standartları üzrə akkreditasiya olunmuş laboratoriya, araq, şərab, pivə və digər məhsullarda keyfiyyət və təhlükəsizlik təminatını təmin edir.