arrow

Abşeron Regional Sınaq Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib

Abşeron Regional Sınaq Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib
10-09-2024 11:39

Həyata keçirilən tədbirlər çərçivəsində Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) Böyük Britaniyanın “Fapas” və Almaniyanın "Deutsches Referenzbüro für Ringversuche und Referenzmaterialien" (DRRR) şirkətləri tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağlarında iştirak edib. Laboratoriya müvafiq olaraq çili bibər tozu nümunəsində ağır metalların Kadmium (Cd), Mis (Cu), Qurğuşun (Pb) təyini və tomat nümunəsində sorbin və benzoy turşularının təyini, pH təyini və həll olunan bərk maddələrin təyini  üzrə aparılan fiziki-kimyəvi sınağlarda uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, ARSL bundan əvvəl də Fransanın “Bipea”, Böyük Britaniyanın “Fapas” və ”LGC standard” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr göstərib. Laboratoriya AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçirilib.