arrow

AQTA kollektivi Zəfər parkını ziyarət edib

AQTA kollektivi Zəfər parkını ziyarət edib
27-09-2025 18:48

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kollektivi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarət ediblər.

Ziyarət zamanı xatirə abidəsinin önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.