arrow

AQTA məktəblilərin maarifləndirilməsini davam etdirir

AQTA məktəblilərin maarifləndirilməsini davam etdirir
01-05-2023 12:54

Tədbirdə məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Ayaq üstündə qidalanmaq və tələsik yemək gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır”, “Uşaqlar “fast-food” qidalarını niyə xoşlayır?” və “Açıq şəraitdə satılan qidalar sağlamlıq üçün təhlükəlidir” mövzularında təqdimatlar edilib.  Eləcə də, qida təhlükəsizliyi ilə bağlı hər hansı problemlə qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda, AQTA-nın “1003 Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri məktəblilərin diqqətinə çatdırılıb. 

Görüşdə eyni zamanda mövzu ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi məktəblilər arasında sağlam qidalanmanın təşviq edilməsi, qida təhlükəsizliyi anlayışının təbliğ olunması və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.