Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan toplamaq məqsədilə keçirilən aksiyada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və AQTİ-nin kollektivi iştirak edib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları hər bir donorun sağlamlığını yoxladıqdan sonra qan götürüblər. Toplanan qandan ehtiyacı olan xəstələrin müalicəsi üçün istifadə ediləcək.