Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “M&T” LTD şirkətinə qida təhlükəsizliyi idarəetmə sistemi üzrə ISO 22000:2018 uyğunluq sertifikatı təqdim edib.
Aparılan auditlərin nəticələrinə əsasən, “M&T” LTD şirkətində qida təhlükəsizliyi idarəetmə sisteminin ISO 22000:2018 standartının tələblərinə uyğun qurulduğu və effektiv tətbiq edildiyi müəyyən olunub. Bu əsasda Sertifikatlaşdırma komitəsinin qərarı ilə müəssisəyə etibarlılıq müddəti 3 il olan uyğunluq sertifikatı təqdim edilib.
ISO 22000:2018 standartı qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunmasına yönəlmiş beynəlxalq çərçivədir və bu standartın tətbiqi müəssisədə qida təhlükəsizliyi üzrə risklərin əvvəlcədən müəyyən edilərək effektiv şəkildə idarə olunduğunu, istehsal proseslərinin isə müvafiq tələblərə uyğun həyata keçirildiyini təsdiq edir.
Qeyd edək ki, ISO 22000:2018 standartı üzrə sertifikatlaşdırma qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına, istehlakçıların sağlamlığının qorunmasına, həmçinin müəssisələrin beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.