Bu çərçivədə növbəti təlim Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq şirkətlərinin və otellərin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.
Təlim zamanı İnstitutun Xidmətlərin təşkili departamentinin müdir müavini Ziyabəddin Hüseynov AQTİ tərəfindən COP29 tədbiri ilə bağlı həyata keçirilən işlər barədə ətraflı məlumat verib, təlimlərin əhəmiyyətinə toxunub. Tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsinin zəruri olduğunu vurğulayıb.
İnstitutun Təlim mərkəzi şöbəsinin müdiri Vüsal Əmirxanov iştirakçıları “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırıb. Onlara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verib.
Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.