Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Daxili İnkişaf Proqramı” çərçivəsində əməkdaşların şəxsi və peşəkar inkişafının dəstəklənməsi, həmçinin iş prosesində istifadə olunan müasir alətlər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” mövzusunda təlim keçirilib.
Təlimdə iştirakçılara standartın tələbləri və institutda tətbiq olunan keyfiyyəti idarəetmə sistemi haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, “Daxili İnkişaf Proqramı” 2026-cı ilin Fəaliyyət planına daxil edilib və əməkdaşların daxili təlim ehtiyaclarının qarşılanması məqsədilə il ərzində bir sıra prioritet mövzular, mütəmadi istifadə olunan proqram təminatı vasitələri, həmçinin institutda tətbiq olunan beynəlxalq standartlar barədə təlimlər təşkil edilib. Proqram çərçivəsində təlimlər davam etdirilir.