"DÖNEMM" (Dönər Emalı Müəsissələrinin Məlumatlandırılması) layihəsi çərçivəsində AQTİ-də 08.07.2024-cü il tarixində dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün növbəti ödənişsiz təlim keçiriləcək. Saat 11:00-da başlayacaq təlim barədə daha ətraflı məlumat almaq və təlimdə iştirak etmək istəyən sahibkarlıq subyektləri “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.
Təlimdə iştirakçılara dönərin emalı aparılan obyektlərin qeydiyyatdan keçirilməsi və bu sahə ilə bağlı qanunvericiliyin digər tələbləri haqqında ətraflı məlumat veriləcək. Onlar çiy dönərin emalı üçün istifadə olunan ətə və hazır çiy dönər yarımfabrikatları ilə işləyən ictimai-iaşə obyektlərinə dair tələblər, işçilərin tibbi müayinədən keçirilməsi, həmçinin müvafiq müəssisələrdə qida ilə təmasda olan səthlər, alətlər, avadanlıqlar və ləvazimatlar haqqında məlumatlandırılacaqlar. Eləcə də təlim zamanı mövzu ətrafında müzakirələr aparılacaq, suallar cavablandırılacaq.