arrow

AQTİ-də dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün növbəti təlim keçirilib

AQTİ-də dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün növbəti təlim keçirilib
31-05-2024 14:21

"DÖNEMM" (Dönər Emalı Müəsissələrinin Məlumatlandırılması) layihəsi çərçivəsində AQTİ mütəxəssisləri tərəfindən dönərxanaların sağlamlaşdırılması istiqamətində dönər emalı aparılan obyektlərin əməkdaşları üçün  növbəti ödənişsiz təlim təşkil edilib.

Təlimdə iştirakçılara dönərin emalı aparılan obyektlərin qeydiyyatdan keçirilməsi və bu sahə ilə bağlı qanunvericiliyin digər tələbləri haqqında ətraflı məlumat verilib. Onlar çiy dönərin emalı üçün istifadə olunan ətə və hazır çiy dönər yarımfabrikatları ilə işləyən ictimai-iaşə obyektlərinə dair tələblər, işçilərin tibbi müayinədən keçirilməsi, həmçinin müvafiq müəssisələrdə qida ilə təmasda olan səthlər, alətlər, avadanlıqlar və ləvazimatlar haqqında məlumatlandırılıblar.

Təlim zamanı mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.