arrow

AQTİ-də HACCP mövzusuna dair məlumatlandırma təlimləri keçiriləcək

AQTİ-də HACCP mövzusuna dair məlumatlandırma təlimləri keçiriləcək
15-12-2023 15:30

Təlimlərin məqsədi beynəlxalq qida təhlükəsizliyi sistemi üzrə əsas prinsiplərin anlaşılması və praktiki tətbiqi üsullarının iştirakçıların nəzərinə çatdırılmasından ibarətdir. 

İnstitutun peşəkar mütəxəssisləri tərəfindən keçiriləcək təlimlərdə iştirakçılar HACCP, HACCP qrupunun yaradılması və tərkibinin müəyyənləşdirilməsi, eyni zamanda emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin, eləcə də təyin edilmiş kritik nəzarət nöqtələrinin hər biri üçün kritik limitlərin və aparılan bütün təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyənləşdirilməsi barədə məlumatlandırılacaq. Həmçinin onlara məhsulun identifikasiyasının və aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin olunması, eləcə də kritik nəzarət nöqtələri üçün monitorinq və düzəldici fəaliyyətlərin tətbiq edilməsi haqqında məlumat veriləcək. 

Təlimlərin sonunda iştirakçıların mövzu üzrə bilik səviyyəsi qiymətləndiriləcək. Qiymətləndirmə zamanı məqbul nəticə əldə edən iştirakçılara etibarlılıq müddəti iki il olan sertifikatlar təqdim ediləcək. 

Qeyd edək ki, təlimlərdə əldə olunan biliklər iştirakçılara fəaliyyət göstərdikləri və ya gələcəkdə çalışacaqları qida obyektlərində HACCP sistemini asanlıqla tətbiq etməyə imkan verəcək.