Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Təlim çərçivəsində iştirakçılara qida təhlükəsiziliyi ilə bağlı əsas anlayışlar haqda geniş məlumat verilib. Həmçinin iştirakçılar qida məhsullarının çirklənmələri, o cümlədən mikrobioloji, allergen, çarpaz, fiziki, mikrobioloji çirklənmələrlə bağlı məlumatlandırılıblar. Bundan əlavə, təlim “Zərərvericilər”, “Spill Kit dəstlərindən istifadə”, “Tibbi müayinələrin izlənilməsi qaydası”, “Kodeks Alimentarius addımları” və s. mövzuları əhatə edib.
Təlim iştirakçıların suallarının cavablandırılması və onlara sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.