arrow

AQTİ-də keçirilən təlimlərdə iştirak edən tələbələrin sahə üzrə bilik səviyyəsi qiymətləndirilib

AQTİ-də keçirilən təlimlərdə iştirak edən tələbələrin sahə üzrə bilik səviyyəsi qiymətləndirilib
28-12-2023 15:49

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində AQTİ mütəxəssisləri tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunan təlimlərin sonunda iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib. Qiymətləndirmə zamanı 18-i aşpaz, 7-si qənnadıçı-şirniyyatçı və 28-i laborant-analitik olmaqla, ümumilikdə 53 nəfər uğur qazanıb. 

Qiymətləndirmə zamanı uğur əldə edən tələbələrə sertifikat veriləcək. Həmçinin onlar haqqında məlumatlar AQTİ-nin məlumat bazasına əlavə olunacaq. Ehtiyac yarandığı hallarda həmin məlumatlar müvafiq istehsal müəssisələrinə təqdim ediləcək.

Qeyd edək ki, təlimlərdə iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər, o cümlədən Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) haqqında ətraflı məlumat verilib. Tələbələr müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb. Təlimlər zamanı laborant-analitik ixtisası üzrə təhsil alan tələbələrə həm də əməyin təhlükəsizliyi, biotəhlükəsizlik və laboratoriyalarda iş qaydaları barədə məlumat verilib. Həmçinin onlar laboratoriyalarda çalışan personalın cihaz və reaktivlərlə işləmə qaydaları ilə tanış olublar.